Ailəsi Özalın məzarının açılmasına etiraz etdi

"Ailə olaraq məzarın açılmasını istəmirik”

Türkiyənin 8-ci prezidenti Turqut Özalın məzarının açılmasına ailəsi etiraz edib. Artıq ailənin etiraz məktubu məhkəməyə göndərilib. Eks-prezidentin oğlu Efe Özal bildirib ki, məzarın açılması inanclara ziddir: "Əgər araşdırmada zəhər tapılsa belə heç bir yerə çatmaq mümkün olmayacaq. Ailə olaraq məzarın açılmasını istəmirik".

Bununla belə, E.Özal atasının vəfatı ilə əlaqədar şübhələrinin olduğunu də vurğulayıb: "Məndə də, ictimaiyətdə də bir şübhə var".

Ankara Cumhuriyyət Başsavciliği məzarın günəşli gündə açılması, 3 peşəkar kamera ilə çəkilişlərin aparılması təlimatını verib.

E.Əlosmanqızı
AzNews.az