- Köhnə - Siyasət
- 2 Oktyabr 2012 09:49
- 2 886
YAP-dan müxalıfətin dəvətinə - REAKSİYA
“Dəvət gəlsə belə, mən orada iştirakdan imtina edəcəm” Müraciəti YAP-ın iclasında müzakirə edəcəyik
"Bizə müraciət daxil olmayıb". Bunu AzNews.az-a Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı İctimai Palatanın və Ziyalılar Forumunun keçirdiyi ümumxalq müşavirəsinə YAP-ın da dəvət ediləcəyi xəbərinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, müxalifət düşərgəsindən dəvət gələrsə, bu, müzakirə olunacaq: "Mən bu məsələdə qərar verə bilmərəm. Əvvəlcə müraciət daxil olmalıdır. Sonra biz həmin müraciəti YAP-ın iclasında müzakirə edəcəyik. Həmin iclasdan sonra bizim partiyanın orada iştirak edib-etməyəcəyimizi bəlli olacaq".
Millət vəkili Aydın Mirzəzadə isə həmin müşavirədə iştirak etməyəcəyini deyib: "Dəvət gəlsə belə, mən orada iştirakdan imtina edəcəm".
İlkin
AzNews.az