Sabiq rektorun ölkəyə gətirilməsi üçün iki dövlət arasında danışıqlar aparılır Sabiq rektorun ölkəyə gətirilməsi üçün iki dövlət arasında danışıqlar aparılır

Fransa Elşad Abdullayevi Azərbaycana verəcəkmi?

Sabiq rektorun ölkəyə gətirilməsi üçün iki dövlət arasında danışıqlar aparılır



ABU-nun keçmiş rektoru Elşad Abdullayevin Gülər Əhmədova olayından sonra Fransadan ölkəyə gətirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. İnformasiya portallarından birində yayılmış məlumata görə, hazırda Fransada siyasi mühacir həyatı yaşayan E. Abdullayevin ölkəyə gətirilərək istintaqa cəlb olunması üçün Azərbaycanın hakimiyyət dairələri Fransa ilə danışıqlar aparırlar.

Qeyd edək ki, Azərbaycan hakimiyyətinə divident gətirən Ramil Səfərovun Azərbaycana gətirilməsi məsələsindən sonra E. Abdullayevin məlum video görüntüləri yayması hakimiyyət dairələrini möhkəm narahat edir.

Hakimiyyət onsuz da ABU-da rektor işləyərkən bir sıra cinayət əməlləri törətdiyi şübhə doğurmayan E.Abdullayevi nəyin bahasına olursa- olsun cəzalandırmaq fikirindədir. Mənbənin bildirdiyinə görə, hələlik Fransa tərəfinin bu məsələ ilə bağlı mövqeyi məlum deyil. Danışıqlar baş tutsa, E. Abdullayevin tezliklə ölkəyə gətirilərək tutuqlanması istisna deyil.

AzNews.az