İlham Əliyev keçmiş xarici işlər naziri ilə görüşüb

Prezident İlham Əliyev İtaliya Respublikasının keçmiş xarici işlər naziri Franko Frattinini qəbul edib

AzNews.az-ın məlumatına görə, görüşdə Bakı Beynəlxalq Humanitar Forumunun ölkələrarası əməkdaşlığın genişləndirilməsi baxımından önəmi qeyd olunub.

Həmçinin, Azərbaycan ilə İtaliya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb. Daha sonra Azərbaycan-İtaliya və Azərbaycan-Avropa İttifaqı əməkdaşlığına dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İlkin
AzNews.az