Baş Prokurorluq Elşad Abdullayevə təminat verdi

"Elşad Abdullayev Azərbaycana gəldiyi təqdirdə təhlükəsizliyi təmin ediləcək"



Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin Azərbaycan prezidenti İlham Əliyevə müraciəti nəzərə alınaraq, qardaşı Mahir Abdullayevin 13 oktyabr 2003-cü il tarixdə itkin düşməsi və digər faktlarla bağlı istintaq olunan cinayət işi üzrə Baş prokurorun qərarı ilə Baş Prokurorluğun nəzdində tam yeni tərkibdə istintaq-əməliyyat qrupu yaradılıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, qrupa rəhbərlik Baş prokurorun böyük köməkçisi Elmar Camalova həvalə edilib.

Məlumatda həmçinin bildirilir ki, "Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında" qanuna müvafiq olaraq E. Abdullayevin Azərbaycana gəldiyi təqdirdə qeyd olunan cinayət işi üzrə zərərçəkmiş şəxs kimi şəxsi təhlükəsizliyi təmin ediləcək.

AzNews.az