AŞPA prezidenti Türkiyəyə hücumu qınadı

AŞPA prezidenti Suriyanın Türkiyəyə raket zərbəsini qınayan bəyanat verib. AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, AŞPA prezidenti Jan-Klod Mignon bildirib ki, bu, Türkiyənin suverenliyi baxımından qəbul olunmaz addımdır.

"Mən Türkiyə vətəndaşlarının Suriya tərəfindən atəşə məruz qalmasını şiddətli şəkildə qınayıram. Bu qanlı hadisə Türkiyə suverenliyinin pozulmasıdır və qəbuledilməzdir. Mən bütün tərəfləri zorakılığı artırmamağa və beynəlxalq hüquq normalarına ciddi şəkildə əməl etməyə çağırıram. Zorakılıq genişlənərsə, bu bütün regionu fəlakətə sürükləyə bilər".

Avropa prezidenti ölənlərin ailə üzvlərinə baş sağlığı verməyi də unutmayıb.

Sadiq Musa
AzNews.az