Azərbaycan torpaqlarında xaricdən gələnlər məskunlaşır Azərbaycan torpaqlarında xaricdən gələnlər məskunlaşır

İşğalçı rejimdən Qarabağ etirafı

Azərbaycan torpaqlarında xaricdən gələnlər məskunlaşır



İşğal olunmuş Azərbaycan ərazilərində ermənilərin evlə bağlı problemlərini həll etmək üçün 50 milyon dollar tələb edilir. Bu barədə məlumatı qondarma rejimin "baş naziri" Ara Aratunyan bildirib.

Onun sözlərinə görə, Qarabağda ev problemini həll etmək üçün ipoteka kreditinin verilməsi nəzərdə tutulur, lakin bunun üçün vasait yoxdur. Argentinada yaşayan erməni iş adamı Eduard Ernekyan problemin həlli üçün 2 milyon dollar verməyə hazır olduğunu bildirib.

A.Aratunyan işğal olunmuş Azərbaycan ərzilərində Ermənistan və başqa ölkələrdən gələn ermənilərin məskunlaşdığını da etiraf edib. Xüsusən kənd rayonlarına diqqətin artırıldığını bildırən Aratunyan "Bunun nəticəsində insanlar rayonlara qayıdır, Ermənistan və başqa ölkələrdən gələrək Qarabağda məskunlaşırlar" - deyə vurğulayıb. Aratunyan qeyd edib ki, son 5 ildə Laçında 7 min erməni məskunlaşıb.

Elnarə Əlosmanqızı
AzNews.az