Zabitimiz öldü

Azərbaycan Ordusunun zabiti faciəli şəkildə həlak olub. Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib. Məlumata görə, hadisə ötən gecə saat 03.00 radələrində Bakı-Sumqayıt yolunda qeydə alınıb.

Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin zabiti, baş-leytenant Şahmar Ramazan oğlu Qasımov idarə etdiyi "VAZ-2107" markalı maşını yol kənarındakı maneəyə çırpıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Zabitin meyiti avtomobildə sıxılmış vəziyyətdə qalıb. Hadisə yerində olan insanların köməkliyi ilə zabitin meyiti avtomobildən çıxarılıb.

AzNews.az