Pənah Hüseyn: “İP-in hər hansı siyasi partiyaya əməkdaşlıq qadağası yoxdur” Pənah Hüseyn: “İP-in hər hansı siyasi partiyaya əməkdaşlıq qadağası yoxdur”

İctimai Palatadan DQMM-ə cavab

Pənah Hüseyn: “İP-in hər hansı siyasi partiyaya əməkdaşlıq qadağası yoxdur”



Təxminən bir ay öncə Demokratik Qüvvələrin Məşvərət Məclisi (DQMM) əməkdaşlıq etmək üçün İctimai Palataya məktub ünvanlayıb. Əməkdaşlıq etməkdə əsas məqsəd müxalifət partiyalarının birləşməsidir.

Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan AzNews.az-a açıqlamasında bildirib ki, məktubun göndərilməsindən bir ay keçməsinə baxmayaraq, hələ cavab gəlməyib: "Məktuba aldığımız cavabdan asılı olaraq addım atacağıq. Hələki məktubumuz cavabsız qalıb".

Məsələ ilə bağlı İctimai Palata Koordinasiya Şurasının üzvü Pənah Hüseyn AzNews.az-a deyib ki, DQMM-dən gələn məktubdan xəbərdardır.

O bildirib ki, məktub Dünyəvi Bozqurd Partiyasının (DBP) sədri Şakir Ulubəylinin imzası ilə gəlib: "Bizə ünvanlanan məktubu yüksək qiymətləndiririk. Amma bir məsələ var ki, burada xüsusi bir məktuba ehtiyac yox idi.

İP-in hər hansı siyasi partiyaya, təşkilata əməkdaşlıq qadağası yoxdur. İstənilən qurumla əlaqələr yaratmağa hazırıq. DQMM-ə daxil olan bir neçə partiyanın üzvləri də İP-lə əməkdaşlıq edir".

İlkin
AzNews.az