- Köhnə - Siyasət
- 8 Oktyabr 2012 12:07
- 4 946
Ağdaşın prokuroru işdən qovuldu
Belə ki, cari il aprelin 28-də Ağdaş rayon sakini Akif Əliyevin ölməsi faktına görə Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə başlanmış cinayət işi üzrə Baş Prokurorluq üzrə "Prokurorun ibtidai araşdırmaya prosessual rəhbərliyinin səmərəliyinin artırılması, istintaq və təhqiqat üzərində nəzarətin gücləndirilməsi və bu sahədə işin daha da təkmilləşdirilməsi haqqında" 10/70 №-li əmrin tələbləri ciddi surətdə pozulmaqla hərtərəfli, tam və obyektiv istintaqın aparılması təmin edilməyib.
Cinayət işi üzrə Baş Prokurorluq tərəfindən təxirəsalınmaz istintaq hərəkətlərinin həyata keçirilməsi və istintaq zamanı ortaya çıxacaq digər xüsusatların da tam, hərtərəfli, obyektiv araşdırılmasının təmin olunması və nəticəsindən asılı olaraq qanunamüvafiq qərarın qəbul edilməsi üçün yazılı göstəriş verilsə də, cinayət işi yenidən Baş Prokurorluqda öyrənilərkən müəyyən edilib ki, rayon prokuroru Seyidov tərəfindən Baş Prokurorluq üzrə müvafiq əmrin tələbləri pozulmaqla icraatında olan iş üzrə kobud süründürməçiliyə yol verilərək 76 gün ərzində iş üzrə hər hansı bir istintaq hərəkətləri aparılmayıb.
AzNews.az