- Köhnə - Siyasət
- 9 Oktyabr 2012 04:18
- 3 284
Lukaşenko: “Avrasiya İttifaqı vahid dövlət olacaq“

APA-nın reqnum.ru saytına istinadən verdiyi xəbərə görə, Lukaşenkonun fikrincə Rusiya, Belarus və Qazaxıstan 2015 ildə "yeni inteqrasiya formasını tətbiq edəcəklər". Bu ölkələrin vahid iqtisadiyyatı olmalıdır.
O qeyd edib ki, Avrasiya İttifaqı yalnız iqtisadi birlikdir və siyasi məsələlərlə əlaqəsi yoxdur. Likaşenko deyib ki, Avrasiya İttifaqına daxil olmağa ən yaxın namizəd Qırğızıstandır. "Bu ölkənin rəhbərliyi ittifaqa daxil olmağa etiraz etmir. Lakin bəzi problemlər var", Belarus prezidenti belə deyib.
AzNews.az