"Macarıstan bizi aldatdı" "Macarıstan bizi aldatdı"

Sarkisyan: “Sülh istəmirik“

"Macarıstan bizi aldatdı"



Ermənistan prezidenti Serj Sarkisyan Macarıstanın ATV kanalına müsahibə verib. AzNews.az-ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, erməni prezident macar xalqı ilə problemlərinin olmadığını deyib və əlavə edib ki, onlar sadəcə hökumətin ekstradisiya qərarından narazı qalıblar: "Biz Azərbaycanın siyasətində Qarabağ probleminin sülh yolu ilə həll variantını görmürük. Ermənistan da sülh yolu ilə problemin həll edilməsi üçün o qədər də böyük səy göstərməyəcək. Biz indiki halda sülh istəmirik". Erməni prezident onu da bildirib ki, Dağlıq Qarabağa hücum olarsa onlar Qarabağ ermənilərini müdafiə edəcəklər.

Sarkisyan Macarıstan tərəfindən aldadıldıqlarını da dilə gətirməkdən çəkinməyib. O, bildirib ki, hökumət bizi aylarla aldatdı ki, Səfərov ekstradisiya edilməyəcək, ancaq onlar erməni xalqına arxa çevirdilər.

Sadiq Musa
AzNews.az