Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni muxtariyyətinin prezidenti (AzərRos) Söyün Sadıqov minval.az-a müsahibəsində AzərRos daxilindəki qruplaşmalardan danışıb. Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni muxtariyyətinin prezidenti (AzərRos) Söyün Sadıqov minval.az-a müsahibəsində AzərRos daxilindəki qruplaşmalardan danışıb.

”Polad Bülbüloğlu kimin maraqlarına xidmət edir?” - Söyün Sadıqov

Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni muxtariyyətinin prezidenti (AzərRos) Söyün Sadıqov minval.az-a müsahibəsində AzərRos daxilindəki qruplaşmalardan danışıb.

AzNews.az həmin müsahibəni sizə təqdim edir:

"POLAD BÜLBÜLOĞLU ABBAS ABBASOVLA EYNİ QAYIQDADIRLAR"


-AzərRos sıralarında artıq uzun zamandır ki, münaqişələr davam edir. Hal-hazırda burada nə baş verir? Qurultaydan sonra vəziyyət necədir?

-Bu günlərdə AzərRosda demokratik seçkilər keçirilib. Seçkilərdə Rusiya Federasiyasının demək olar ki, bütün regionları iştirak edib. Onlardan hər biri çıxış etmək və fikrini ifadə etmək imkanına malik olub. Biz istəyirdik ki, bu qurultay bütün tərəfləri birləşdirsin, konfliktə son qoysun. Ona görə də, qurultayı "birləşdirici" adlandırdıq. Təəssüf ki, bizim qurultaya gəlməyən keçmiş əməkdaşlarımız oldu: Mehriban Sadıqova, Cəmil Sadıxbəyov, Vaqif Adıgözəlov, Tamilla Şaxməmmədova, Sərdar Abdullayev, Fayaz Paşayev. Düşünürəm ki, onlara vaxt lazımdır. Yəqin ki, etdikləri səhvlərə görə qurultaya gəlib nümayəndələrin gözlərinə baxmaqdan utanıblar. Onlar Abbas Abbasovdan aldıqları maaşı öz xalqları qarşısında şərəfdən üstün tutublar. İşləmək və məvacib almaq olar, lakin şərəf və ləyaqətini itirmək olmaz, xüsusilə də öz xalqı və övladları qarşısında. Onlar isə, təəssüf ki, səhv yolla getdilər. Biz pis insanlar deyilik, səhvlərini bağışlamağa hazırıq. Həmçinin onlara milli maraq və milli ideyanı başa salmağa hazırıq. Milli ideya ətrafında toplaşmaq və birlikdə işləmək lazımdır.

Mən əminəm ki, qurultay AzərRos tarixində yeni səhifə açdı və bundan sonra təşkilat Rusiya azərbaycanlılarının lehinə işləyəcək. Ən önəmlisi isə, Rusiya və Azərbaycan xalqlarının dostluğuna xidmət edəcək.

-Abbasovun bir neçə dəfə AzərRosun qurultayını pozmağa cəhd etdiyini xatırlayıram.

-Əlbəttə, Abbas Abbasov və onunla əlaqəli olan insanların yanvarın 17-də və aprelin 14-də qurultay iştirakçılarına qarşı etdikləri bir daha onların tərbiyəsizliklərinin göstəricisidir. Onlar saxtakarlıqla Rusiya hüquq mühafizə orqanlarını istifadə ediblər. Yanvarın 17-də bizim toplantının ekstremistlərin toplantısı olduğu, aprelin 14-də isə zalda bomba yerləşdirildiyi barədə polisə məlumat veriblər. Abbas Abbasov ya çox axmaq, ya da çox hiyləgar adamdır. Mən isə daha çox üçüncü varianta inanıram – o, antiazərbaycan güclərinə xidmət edir. Bu, erməni lobbisi də, başqa qüvvələr də ola bilər. Çünki yüksək vəzifələrdə çalışmış insan axmaqlıqla belə səhvlər edə, antiazərbaycan işi apara bilməz. Bu iş Azərbaycan, Rusiya azərbaycanlıları və Azərbaycan icmasının əleyhinə gedir. Buna görə də, bütün bunları görüb başa düşürəm ki, bu cür insanlar bizim aramızda olan satqınlardır. Nə qədər ki, onlar bizim aramızdadırlar və onların əsl üzlərini açmamışıq, biz azərbaycanlıların problemlərini - Dağlıq Qarabağ, işğal altında olan torpaqlarımız və qaçqınlara dair problemləri həll edə bilməyəcəyik.

-Azərbaycan və Rusiya məmurlarından kimsə Abbasova kömək edir?

-Bəzi faktlar bizə əsas verir ki, səfir Polad Bülbüloğlunun Abbasovla eyni qayıqda olduğunu güman edək. Yanvarın 17-də baş verənlərdən sonra bəzi Rusiya məmurları etiraf etdilər ki, səfir onlara bizim Azərbaycan üçün arzuolunmayan şəxslər olmağımız barədə məlumat verib. Diasporun 300-400 fəalı necə arzuolunmayan şəxs ola bilər? Təkcə ona görə ki, onlar Abbas Abbasovu dəstəkləməyiblər və ona tabe olmaq istəməyiblər? O zaman biz buna inanmadıq. Hələ fevralın 20-də Abbas Abbasov Azərbaycan diasporunun 100 fəal üzvünə qarşı dağıstanlı döyüşçülər çıxardı. Səfir onda da bizim tərəfimizdə dayanmadı. Üstəlik, o, Dağıstan prezidentindən diplom aldı.

Aprelin 14-də Rusiya hakimiyyətindən olan müsahiblərimiz növbəti dəfə bizə təsdiqlədilər ki, bu dəfə də səfir təkcə azərbaycanlılardan imtina etməyib, həm də öz təşəbbüsü ilə qurultayımızı pozmaq üçün əlindən gələni edib. Buna görə də Rusiya azərbaycanlıları bilmək istəyirlər ki, səfir Polad Bülbüloğlu kimin maraqlarına xidmət edir? O, burada Azərbaycan prezidentini təmsil edir, yoxsa Abbas Abbasov və digərlərinin çirkli oyunlarında iştirak edir.

Hələ 2012-ci ildə səfirin qəbulunda olanda mən ona Ümumrusiya Azərbaycanlıları Konqresi və AzərRos arasındakı intriqalara son qoymaq üçün məşvərətçi şura- Ağsaqqallar Şurası yaratmağı təklif edəndə, səfir bu şuranın başçısı vəzifəsinə Abbas Abbasovu təklif etdi. Lakin daha sonra o, üzərinə məsuliyyət götürmədi və öz sözlərindən imtina etdi.