“Rusiyanı gözləmək lazım deyil”

ABŞ-da vitse-prezidentliyə namizədlərin teledebatı keçirilib. AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, Co Bayden və Pol Rayan arasında baş tutan teledebatda əsas müzakirə mövzusu Suriya və İran olub.

Onlar belə qənaətə gəliblər ki, hər iki ölkə ilə bağlı problemin həllində BMT Təhlükəsizlik Şurası çarəsizdir, çünki Rusiya buna imkan verməyəcək və ABŞ da Rusiyanın icazəsini gözləmək məcburiyyətində deyil.

Bununla belə respublikaçı namizəd Suriyaya quru qoşunlarının yeridilməyəcəyini deyib və əlavə edib ki, ABŞ da heç kim belə bir hazırlıq görmür. Bayden isə Obamanı Suriya siyasəti ilə bağlı tənqid edənləri qınayıb və bildirib ki, Obamanı tənqid edənlər özləri alternativ ortaya qoya bilmirlər.

Sadiq Musa
AzNews.az