- Köhnə - Siyasət
- 14 May 2015 16:09
- 2 824
Vyetnam Prezidenti Fəxri xiyabanı ziyarət etdi
Azərbaycanda rəsmi səfərdə olan Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanq mayın 14-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
AzNews.az xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri qoyulub.