Nobel mükafatı Avropa Birliyinə verildi

Norveçin paytaxtı Osloda Nobel sülh mükafatının 2012-ci ildəki laureatı açıqlanıb. Lent.az-ın məlumatına görə, bu il mükafat Avropa Birliyinə verilib.

AB ali mükafata Avropa xalqları arasında dostluq münasibətlərin möhkəmləndirilməsində, dünyada sülhə nail olunmasında xidmətlərə görə layiq görülüb.

AB-nin sülh mükafatına layiq görülməsinə ilk reaksiya Avropa Parlamentinin spikeri Martin Şultsdan gəlib. O, xəbərin onu möhkəm təsir etdiyini bildirib.

AzNews.az