- Köhnə - Siyasət
- 15 Oktyabr 2012 08:06
- 3 319
Gültəkin Hacıbəyli: “Demokratiya olmasa, sülh də olmayacaq”
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara başlanadan bəri zaman-zaman ciddi imkanların yarandığını diqqətə çatdıran G.Hacıbəyli bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrlik institutu artıq iflasa uğrayıb. Onun fikrincə, indiyədək Minsk qrupunun səyləri yalnız ortada görüntü yaratmaq xarakteri daşıyıb və hər hansı irəliləyişə nail olunmayıb: "Əgər 20 ildən çox vaxtda Azərbaycan ərazilərinin bir qarış torpağı belə işğaldan azad olunmayıb və 1 qaçqın ailəsi belə öz doğma yurduna geri qayıda bilməyibdirsə, deməli, burada hər hansı irəliləyişdən danışmaq düzgün deyil.
Əvvəlcədən də məlum idi ki, Minsk qrupu daha çox görüntü yaratmaq məqsədi daşıyacaq. Çünki, Minsk qrupunun həmsədr ölkələrindən olan Rusiya bu münaqişəni yaradan tərəfdir, Fransa hər zaman ermənipərəst mövqe nümayiş etdirib, ABŞ isə uzun illərdir ki, bu münaqişənin həlli prosesində hər hansı irəliləyişə imza atmayıb. Bu baxımdan da deyə bilərəm ki, Minsk qrupu yalnız Ermənistan tərəfinin mövqeyini dəstəkləyəcək. Yalnız Ermənistanın mövqeyini dəstəkləyən və bu təşkilatın tərkibində neytral mövqeli ölkələr olmayan Minsk qrupunun hər hansı uğurundan danışmaq da mənasız olar. Bu münaqişənin həlli üçün yalnız Azərbaycan və Ermənistan tərəfi ortaya iradə qoymalıdır".
Vasif Həsənli
AzNews.az