“Avropa Oyunlarını stadiondan canlı izləməyin keyfini yaşadım”. “Avropa Oyunlarını stadiondan canlı izləməyin keyfini yaşadım”.

“Düşmənə göz dağı vermək baxımından seyr etməyə dəyərdi”

“Avropa Oyunlarını stadiondan canlı izləməyin keyfini yaşadım”.


AzNews.az xəbər verir ki, bunu özünün facebook səhifəsində millət vəkili Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, I Avropa Oyunlarının açılış mərasimi möhtəşəm bir tərtibatla yadda qalacaq: "Təbii ki, kompozisiya barədə hazır material üzərindən müəyyən tənqidlər səsləndirmək olar, bəlkə daha yaxşısını düşünmək olardı. Ancaq kifayət qədər rəngarənglik vardı və xüsusilə də Qobustan qayaları kompozisiyası mükəmməl idi. Alim Qasımov da, "Sarı gəlin" də, "Qarabağ şikəstəsi" də, hətta Ledi Qaqa belə tərtibatın içində tam uyğun görünürdü. Nizami əsərlərinin kompozsiyası yabançılar üçün bir qədər anlaşılmazdı, elə bizim üçün də müəyyən epizodlarda sual işarəsi yarandı. Kompozisiyada Şərqdə ilk cümhuriyyət yaradıldığını xatırlatmaq mədəni simamızın tanıtımı baxımından daha faydalı olardı. Nar simvolikası da uğurlu seçilmişdi və parçalanmış nardan nar dənəsini xatırladan şarların dağılımı gözəl düşünülmüşdü. Alov kompozisiyası da sonluq üçün xeyli uğurlu seçim idi".

F.Mustafa bu tədbirdən ən çox zövq aldığı Türkiyə və Azərbaycan heyətlərinin eyni coşqu ilə qarşılanması olub: "Düşmənə göz dağı vermək baxımından seyr etməyə dəyərdi. Bu tədbir hər şeydən əvvəl millətin səfərbər olma potensialını göstərdi. Təşkilatçılıqda, icrada zəhməti olan hər kəsə vətəndaş olaraq təşəkkür etməyi borc bilirəm. Ölkəmiz adına son illərin bəlkə də ən müsbət hadisəsi dəyə bilərəm. İnşallah, idmançılarımız da uğurlu çıxışlarla əhvalımızı daha da yüksəldərlər".

Bahar RÜSTƏMLI