Lukaşenko: “Rusiya bizi aldatdı”

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanı kəskin tənqid edib. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Lukaşenko bildirib ki, rəsmi Moskva Ümumdünya Ticarət Təşkilatına qoşulmaqla Belarusu aldadıb və onun ölkəsini pis vəziyyətdə qoyub.

"Siz bilirsiniz ki, Ümumdünya Ticarət təşkilatı daha çox siyasi təşkilatdır? Onlar ölkələri öz istəklərinə görə təşkilata qəbul edirlər. Ukraynanı hədə-qorxu ilə qəbul etdilər. Mən Rusiya prezidentinə dedim ki, bizi təşkilata üzv etmirlər, gəlin post-sovet məkanında öz təşkilatımızı yaradaq. Putin isə mənə dedi ki, bizim prioritetimiz vahid Gömrük Birliyi yaratmaqdır. Bəs nə oldu? Rusiya təşkilata üzv olmaqla bizi aldatdı. İndi özünüz mühakimə yürüdün".

Sadiq Musa
AzNews.az