Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Sosialist İnternasionalın baş katibi Luis Ayalanı qəbul edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Sosialist İnternasionalın baş katibi Luis Ayalanı qəbul edib.

İlham Əliyev Luis Ayala ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Sosialist İnternasionalın baş katibi Luis Ayalanı qəbul edib.


AzNews.az xəbər verir ki, Sosialist İnternasionalın Baş katibi Luis Ayala ölkəmizdə Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu və yarışların dünyada maraqla izlənildiyini vurğuladı. O, Azərbaycan idmançılarının çoxlu medal qazanmalarının önəmini qeyd etdi.

Dövlətimizin başçısı bu mötəbər idman yarışında Avropanın 50 Olimpiya komitəsinin, 6 minə yaxın idmançının və xeyli sayda qonaqlarını iştirakının əhəmiyyətini vurğuladı.

Görüşdə Birinci Avropa Oyunlarının xalqlar arası əməkdaşlığın genişləndirilməsi işinə verdiyi töhfənin əhəmiyyəti qeyd olundu, Azərbaycanla Sosialist İnternasionalı arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.