Qərarı parlamentarilər verəcək

Azərbaycanın Prezident Administrasiyası siyasi təhlil və informasiya təminatı şöbəsinin rəhbəri Elnur Aslanov icazəsiz aksiyalarla bağlı cərimələrin artırılması üçün Milli Məclisə daxil olan layihəyə münasibət bildirib.

"Azadinform"un məlumatına görə, E.Aslanov deyib ki, bununla bağlı qərarı parlamentarilər verəcək. Millət vəkilləri Milli Məclisdə açıq və şəffaf müzakirələr aparacaq, onlar bu layihə ilə bağlı öz sözlərini deyəcəklər.

Bu layihə ilə bağlı hökumətin mövqeyinə gəlincə, E.Aslanov deyib ki, parlamentarilərin qəbul etdikləri qərarı dəstəkləməyə hazırdırlar.

AzNews.az