Parlament seçkilərinə təxminən 3 ay vaxt qalıb. Lakin hələ ki “125-lər” Siyasi Klubu və Ümid Partiyası seçkiyə qatılacaq namizədlərinin siyahısını açıqlayıb. Parlament seçkilərinə təxminən 3 ay vaxt qalıb. Lakin hələ ki “125-lər” Siyasi Klubu və Ümid Partiyası seçkiyə qatılacaq namizədlərinin siyahısını açıqlayıb.

Partiyaların namizədləri - "Deputat siyahısı"nda kimlər var?

Parlament seçkilərinə təxminən 3 ay vaxt qalıb. Lakin hələ ki “125-lər” Siyasi Klubu və Ümid Partiyası seçkiyə qatılacaq namizədlərinin siyahısını açıqlayıb.


AzNews.az məsələnin aktuallığını nəzərə alaraq partiyaların seçki hazırlığı və namizəd siyahısının nə zaman açıqlanacağı ilə bağlı sorğu keçirib.



Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov AzNews.az-a açıqlamasında namizəd siyahısınıın hələ ki hazırırlıq mərhələsində olduğunu deyib: "Seçkiyə qatılacaq namizədlərin siyahısı hazırlanır. Yekunlaşıb, təsdiqləndikdən sonra açıqlayacağıq".



Müsavat Partiyasının başqan müavini, divan üzvü Səxavət Soltanlı isə namizədlərinin siyahısının tam hazır olduğunu bildirib: "Tam siyahı yekunlaşıb, dəqiqləşıb. Namizədlər Müsavat məclisinin iclasında təsdiqlənməlidir. İclas bu ay ərzində keçiriləcək. Siyahı təsdiqləndikdən sonra mətbuata açıqlanacaq".



Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu namizəd siyahısına blokun təsis edilməsindən sonra baxılacağını qeyd edib: "Blok təsis edəcəyik. Seçki məcəlləsinə görə, blok yaradılandan sonra partiyaların müstəqil fəaliyyəti qadağan olunur. Blok şəklində gedəcəyimiz üçün müstəqil hər hansı qərar qəbul etməyəcəyik. Namizədlər də blokun adından açıqlanacaq. Blokun təsis edilməsi də gələn həftə olacaq".



Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı siyahının hazırlanması istiqamətində tapşırıqların verildiyini qeyd edib: "Partiya siyasi şurası qərar verib və seçkilərə qatılacağıq. Tapşırılıb ki, siyahı hazırlansın. Məlumdur ki, kimlər namizədliyini verə bilər. Amma hər kəs namizədlik vermək istəmir. Bu uzun və mürəkkəb prosesdir. Ona görə də vaxtını deyə bilmərik, hazır olanda açıqlanacaq. Hər halda hazırda bu istiqamətdə iş gedir".



Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu deyib ki, siyahı üzərində yekun işlər görülür: "Azadlıq 2015 seçki bloku yaxın zamanda bütün dairələr üzrə öz namizədlərini açşıqlayacaq. Siyahı hazırdır, amma yekun işlər var, onlar yekunlaşdıqdan sonra cəmiyyətə açıqlama verəcəyik".



Fazil Qəzənfəroğlunun sədri olduğu Böyük Qurtuluş Partiyasının namizəd siyahısı avqustun 20-dən sonra tam hazır olacaq. Bu barədə saytımıza partiyanın sədri özü məlumat verib: "Siyahı yekunlaşır. Yəqin ki, avqustun 20-dən sonra açıqlayacağıq. Bütün rayonlar üzrə namizədlər dəqiqləşəndən sonra siyahını təqdim edəcəyik".



Milli Məclisin V çağırışına Ana Vətən Partiyasından namizədliyini irəli sürmək istəyən şəxslərin sayı kifayət qədərdir. Partiyanın sədri Fəzail Ağamalının sözlərinə görə həmin şəxslər arasında seçim ediləcək: "İşlər tam başa çatıb. Belə qərara gəlmişik ki, avqustun 20-dən sonra siyahıya bir daha göz gəzdirək. Yəqin ki, avqustun axırına kimi seçkiyə kimlərlə gedəcəyimiz tam dəqiqləşəcək. Siyahını açıqlamağa tələsmirik. Buna hələ vaxtımız var. İmkan daxilində çalışacağıq ki, seçkiyə real imkanları olan və seçicilərin rəğbətini qazana biləcək insanlarla qatılaq.


Namizədlərin sayı baxımından problemimiz yoxdur. Amma onların arasından daha uğurlu namizədləri seçib qatlmaq məsələsi müzakirə mövzusudur. Avqustun 20-dən sonra qərargaha toplaşacağıq və bununla bağlı qəti qərarımızı verəcəyik".


Nigar ETİBAR