İqor Popov: “Görüşün vaxtı hələ dəqiqləşməyib” İqor Popov: “Görüşün vaxtı hələ dəqiqləşməyib”

Nazirlər Parisdə görüşəcək

İqor Popov: “Görüşün vaxtı hələ dəqiqləşməyib”



Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı hələ dəqiqləşməyib. Bu barədə APA-nın Moskva müxbirinə açıqlamasında ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov bildirib. Onun sözlərinə görə, hal-hazırda hər iki ölkənin xarici işlər nazirlikləri ilə danışıqlar aparılır: "Ümid edirəm ki, bu həftə ərzində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tutacaq".

Rusiyalı həmsədr görüşün Parisdə keçiriləcəyini söyləyib. O, görüşün nəticəsindən asılı olaraq ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfər edəcəyini bildirib. İqor Popov Minsk Qrupunun Dağlıq Qarabağ münaqişənin tənzimlənməsi ilə bağlı danışıqların davam etdirilməsinin vacib olduğunu söyləyib: "Əsas məsələ dialoqun davam etdirilməsidir. ATƏT-in Minsk Qrupuna həmsədr ölkələr iki ölkə arasında dialoqun qurulmasına kömək edir".

AzNews.az