Yeni parlament prezidentin korrupsiya və siyasi təqiblərini araşdıracaq Yeni parlament prezidentin korrupsiya və siyasi təqiblərini araşdıracaq

Saakaşvali həbs oluna bilər

Yeni parlament prezidentin korrupsiya və siyasi təqiblərini araşdıracaq



Gürcüstanda Saakaşvili dönəmində baş vermiş bütün qanun pozuntuları yeni parlamentin gündəminə salınıb.

AzNews.az-ın bu ölkə mətbuatına istinadən verdiyi xəbərə görə, parlamentdə Saakaşvili hakimiyyəti dövründə baş vermiş korrupsiya faktları və siyasi təqiblər araşdıracaq xüsusi komissiya yaradılıb. Bu barədə məlumatı "Gürcü arzusu" koalisiyasından deputat Eka Beseliya verib. O, bildirib ki, komissiyaya güzəştsizliyi ilə seçilən Tina Xidaşeli başçılıq edəcək. Xidaşeli isə məsələ ilə bağlı bildirib ki, bütün baş vermiş qanunsuzluqlara görə, məsuliyyət daşıyan şəxslər mütləq cavab verəcəklər.

Ehtimal edilir ki, şəxsən Saakaşvili barəsində cinayət işi açıla və məhkəməyə cəlb oluna bilər. Bəzi ekspertlər isə tamam fərqli fikirdədirlər. Onlar hesab edirlər ki, bu, Gürcüstan demokratiyasının reklamı üçün nəzərdə tutulan siyasi kompaniyadır. Saakaşvili və onun yaxın ətrafından kimlərinsə həbsi gözlənilmir.

Sadiq Musa
AzNews.az