Xəbər verdiyimiz kimi Yeni Azərbaycan Partiyası dünən deputatlığa namizədlərinin siyahısını açıqlayıb. Siyahıda xeyli yeni və maraqlı adlar var. Xəbər verdiyimiz kimi Yeni Azərbaycan Partiyası dünən deputatlığa namizədlərinin siyahısını açıqlayıb. Siyahıda xeyli yeni və maraqlı adlar var.

Elmar Vəliyevin birinci müavini də deputatlığa namizəd oldu

Xəbər verdiyimiz kimi Yeni Azərbaycan Partiyası dünən deputatlığa namizədlərinin siyahısını açıqlayıb. Siyahıda xeyli yeni və maraqlı adlar var.


AzNews.az xəbər verir ki, onlardan biri də 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən namizədliyi irəli sürülən Həmzəyev Naqif Ələşrəf oğludur.

Deputatlığa namizəd olan bu gənc Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin birinci müavinidir. O, bu vəzifəyə bu yaxınlarda təyin edilib.



Qeyd edək ki, Həmzəyev Naqif Ələşrəf oğlu 1983-cü il 24 may tarixində Basarkeçər (Vardenis) rayonu Nərimanlı kəndində anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olunub. 2004-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinin magistr pilləsinə daxil olub. 2004-2006-cı illərdə Türkiyə Cümhuriyyətinin bir neçə universiteti və arxivlərində "İraq Türkmənlərinin tarixi" mövzusunda araşdırma aparıb. 2006-cı ildə "İraq türkmənlərinin ictimai, iqtisadi və siyasi durumu" mövzusunda dissertasiya işini müdafiə edərək Bakı Dövlət Universitetinin tarix fakültəsinin "yaxın və orta şərqin tarixi" ixtisası üzrə magistr dərəcəsini qazanıb.

2000-ci ildən fəal olaraq ictimai fəaliyyətlə məşğul olub. "Dünya Azərbaycanlıları" Gənclərin İctimai Birliyinin həmtəsisçilərindən biridir. Azərbaycanı beynəlxalq konfrans və elmi tədbirlərdə dəfələrlə təmsil edib. 2007-ci ildə Gəncə şəhər Nizami RHK-dan könüllü həqiqi hərbi xidmətə gedib.

2009-cu ilin may ayından sentyabr ayınadək Gəncə Dövlət Universiteti informasiya və kommunikasiya texnologiyaları şöbəsində mütəxəssis vəzifəsində işləyib. 2009-cu ilin sentyabr ayından 2010-cu ilin fevral ayınadək Azərbaycan Dövlət Aqrar Universiteti beynəlxalq əlaqələr şöbəsində mütəxəssis, 2010-cu ilin fevral ayından 2011-ci ilin dekabr ayınadək isə informasiya və kommunikasiya texnologiyaları mərkəzinin direktoru vəzifəsində çalışıb.

2013-cü il 8 fevral tarixində Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyevin imzaladığı 11 saylı sərəncamla Gəncə Şəhər Kəpəz Rayonu İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinə təyin edilib.

Hazırda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin birinci müavini vəzifəsində işləyir.

Məlumat üçün bildirək ki, YAP 2010-cu ildə 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən Asəf Hacıyevin namizədliyini irəli sürmüşdü.

AzNews.az