- Köhnə - Siyasət
- 23 Oktyabr 2012 05:59
- 5 595
Türk mafiyaları Avropanı təşvişə salıb- HESABAT

Hesabata əsasən Şengen ölkələrində təsiri böyük olan 5 mafiya var. İtaliya mafiyası saxta pul, çeçen mafiyası gecə klublarını əlində saxlayır. Rus və Çin mafiyası da sürətlə böyüyür.
Hesabatda türk mafiyası haqqında "heç cəzalandırılmayan mafiya" ifadəsi işlədilib. Sənədə əsasən 2009-cu ildən bəri türk mafiyası Yunanıstan üzərindən Avropaya qaçaq insan aparır. Bura Əfqanıstan, İraq, Suriya, Pakistan, Şri-Lanka, Banqladeş, həmçinin ərəb ölkələri, Qafqaz ölkələrinin də daxil olduğu vurğulanır.
Heroin ticarətinin Strasburq ətrafında geniş yayıldığı və bu ticarəti türkcə danışan ölkələrin mafiyasının yönləndirdiyi də yayılan məlumatlar arasındadır.
Alpər Oğuz
AzNews.az