Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərovun noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizədliyi rəsmən qeydə alınıb. Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərovun noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizədliyi rəsmən qeydə alınıb.

Fəttah Heydərov və Cavid Qurbanovun namizədliyi qeydə alındı

Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərovun noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizədliyi rəsmən qeydə alınıb.


AzNews.az Mərkəzi Seçki Komissiyasının (MSK) saytına istinadən xəbər verir ki, bitərəf olan Fəttah Heydərov 116 saylı Qəbələ seçki dairəsindən qeydə alınıb.

Qeyd edək ki, 1995-ci ilin noyabrında Milli Məclisə keçirilən seçkilərdə 116 saylı Qəbələ seçki dairəsindən deputat seçilən Fəttah Heydərov o vaxtdan indiyədək parlamentin üzvüdür. Fəttah Heydərov 1995, 2000, 2005 və 2010-ci il deputat seçkilərində iştirak edərək qalib olub. Yeni Azərbyacan Partiyası (YAP) Fəttah Heydərovun dairəsindən heç kimin namizədliyini irəli sürməyib.

Namizədliyi qeydə alınanlar sırasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, deputat Cavid Qurbanov da var. Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Cavid Qurbanov 123 saylı Kəlbəcər seçki dairəsindən qeydə alınıb.

Məlumat üçün bildirək ki, Cavid Qurbanov 2005 və 2010-cu ilin noyabrında keçirilən deputat seçkilərində iştirak edərək qalib olub.

Sevinc Yasinqızı
AzNews.az