“Təxribatla dövlət qurmaq olmaz”

Elman Abdullayev: “Bu, bütövlüklə Avropanın təhlükəsizliyini hədələməkdir”



"Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən layihələr regionun inkişafına, Avropanın təhlükəsizliyinə yönəlib. Azərbaycan həm öz inkişafı, həm də regionun inkişafı haqqında düşünür.

Bu layihələri açıq şəkildə təhdid altına almaq, bütövlüklə Avropanın təhlükəsizliyini hədələməkdir". Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.

XİN rəsmisinin sözlərinə görə, Ermənistan Azərbaycanı hədələməklə regionun gələcəyini, Avropanın enerji təhlükəsizliyini hədələyir: "Regionun inkişafı üçün heç bir töhfə verməyən Ermənistan artıq regionun inkişafına mane olmaq qərarına gəlib və destruktiv addımlar atmaq fikrinə düşüb. Təxribatla, təhdidlə dövlət qurmaq və gələcəyi təmin etmək olmaz. Azərbaycan öz strukturunu qorumaq iqtidarındadır və bu hüquqa malikdir".

Elnarə Əlosmanqızı
AzNews.az