“Seçkilərlə bağlı indiyədək heç bir rəsmi şikayət daxil olmayıb”. “Seçkilərlə bağlı indiyədək heç bir rəsmi şikayət daxil olmayıb”.

“Bülletenləri götürüb qaçıb” - MSK sədri Pənah Hüseyn haqda

“Seçkilərlə bağlı indiyədək heç bir rəsmi şikayət daxil olmayıb”.


AzNews.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. O bildirib ki, indiyədək seçkilərin gedişatı ilə bağlı heç bir ciddi pozuntu qeydə alınmayıb: "Yalnız 63 saylı Sabirabad birinci seçki dairəsində məntəqələrin birində namizəd Pənah Hüseynin səlahiyyətli nümayəndəsi 2 seçicinin əlindən bülleteni alaraq qaçıb. Bu məsələ də diqqətimizə çatdırılıb. Dairələrin birində isə bir deputatlığa namizəd məntəqənin üzvünü təhqir edib. Belə xoşagəlməz hallar olub, amma indiyədək nəticələrə təsir edə biləcək bir problem baş verməyib. Ümid edirəm ki, proses normal şəkildə davam edəcək".

Sədr qeyd edib ki, səsvermə üçün 5547 məntəqə hazır vəziyyətə gətirilib: "Seçki məntəqələri vaxtında açılıb, saat 08.00-da səsvermə başlayıb. Saat 12:00-a qədər seçici fəallığı 28,2 faiz olub. Bu da çox yaxşı göstəricidir".

Qeyd edək ki, Məzahir Pənahov 10 saylı Binəqədi III seçki dairəsinin 31 saylı seçki məntəqəsində səs verib.

Sevinc Yasinqızı