- Dünyanın halı
- 19:37
- 2 513
Fransa vətəndaşları 3 ildən sonra İranda azad edildi – qarşılıqlı razılaşma əldə olunub
Fransa prezidenti Emmanuel Makron bildirib ki, üç ildən artıqdır İranda saxlanılan fransız vətəndaşları Sesil Kohler və Jak Pari azad edilib və hazırda Fransaya qayıdırlar.
Makron “X” platformasında paylaşım edərək onların azad olunmasında vasitəçilik edən Omana təşəkkürünü bildirib.
Qeyd edək ki, Kohler və Pari 2022-ci ildə casusluq ittihamı ilə saxlanılmışdı. Onlar bu ittihamları rədd edirdi və Fransa bu işi siyasi motivli hesab edirdi, həmçinin bunu xarici vətəndaşların saxlanılması ilə bağlı daha geniş tendensiyanın bir hissəsi kimi qiymətləndirirdi.
İranın rəsmi IRNA agentliyi isə məlumat yayıb ki, fransız vətəndaşların azad edilməsi Tehran və Paris arasında əldə olunmuş razılaşma çərçivəsində baş tutub.
Məlumata görə, Fransa qarşılığında İran vətəndaşı Mahdiyə Esfəndiarini tam azad etməyi və Beynəlxalq Ədalət Məhkəməsində İrana qarşı qaldırdığı iddianı geri götürməyi öhdəsinə götürüb.
Mövsüm,
AzNews.az