- Göz önü
- 20:09
- 1 808
Mətləb Mütəllimli vəfat edib
Sosial Ədalət Partiyasının sədri, aabiq millət vəkili Mətləb Mütəllimli vəfat edib.
Bu barədə Newscenter.az-a onun yaxınları məlumat verib. Sabiq millət vəkilinin xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Qeyd edək ki, Mətləb Əzizulla oğlu Mütəllimli 20 may 1949 -cu ildə Yardımlı rayonunun Horavar kəndində anadan olub. O, Sosial Ədalət Partiyasının sədri, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı, Azərbaycan Ali Sovetinin XII çağırış deputatı və Azərbaycan Respublikasının baş prokurorunun birinci müavini olub.
AzNews.az