Netanyahudan açıqlama: "Trampın qərarını dəstəkləyirik"

ABŞ və İran arasında Pakistanın vasitəçiliyi ilə əldə olunan 2 həftəlik atəşkəs razılaşması barədə İsrail Baş Nazirinin Ofisi yazılı açıqlama yayıb.

AzNews.az xəbər verir ki, Netanyahu Trampın İranla iki həftəlik atəşkəs elanını dəstəkləyib.

O, İranın nüvə silahına sahib olmamasını və İsraili, ABŞ-ı, Körfəz ölkələrini və dünyanın digər ölkələrini raketlərlə təhdid etməməsini təmin etmək üçün ABŞ-ın səylərini dəstəklədiklərini bildirib.

Netanyahu bəyan edib: "İsrail, Tehranın Hörmüz boğazını açması və atəşkəsə riayət etməsi şərti ilə, Prezident Trampın İrana hücumları iki həftə müddətinə dayandırmaq qərarını dəstəkləyir".

AzNews.az