Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kambocanın Kralı Əlahəzrət Norodom Sihamonini təbrik edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kambocanın Kralı Əlahəzrət Norodom Sihamonini təbrik edib.

İlham Əliyev Kambocanın Kralını təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kambocanın Kralı Əlahəzrət Norodom Sihamonini təbrik edib.


AzNews.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan-Kamboca münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kamboca xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az