Müsavat partiyasının Divanı deputatlığa namizəd İltizam Əkbərlini cəzalandırılıb. Müsavat partiyasının Divanı deputatlığa namizəd İltizam Əkbərlini cəzalandırılıb.

Müsavat partiyası üzvünü cəzalandırdı – Namizədliyini geri götürmədiyi üçün

Müsavat partiyasının Divanı deputatlığa namizəd İltizam Əkbərlini cəzalandırılıb.


Bu barədə AzNews.az-a sözügedən partiyadan məlumat verilib. İ.Əkbərlinin cəza almasına səbəb Müsavat Partiyasının seçkidən iştirakdan imtina haqqında 28 oktyabr 2015-ci il tarixli qərarına qarşı çıxması olub. Məlumata görə, bu gün Partiya Divanın iclasını keçirib. İclasda 79 saylı İmişli seçki dairəsindən deputatlığa namizəd İltizam Əkbərlinin məsələsinə baxılıb. Divan üzvlərinin bəziləri İ.Əkbərlinin partiyadan xaric edilməsi, bəziləri isə ona töhmət verilməsi təklifləri ilə çıxış edib.

Sonda Divan İ.Əkbərliyə töhmət verilməsi barədə qərar qəbul edib.

Bahar RÜSTƏMLİ
AzNews.az