Fransada matəm elan olundu - 3 gün

“Bizim acımızı paylaşdığına görə Azərbaycan xalqına təşəkkürümü bildirirəm”.


AzNews.az-ın APA-ya istinadən məlumatına görə, bunu Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez (Aurelia Bouchez) deyib.

A. Buşez bildirib ki, Fransa prezidenti tərəfindən ölkədə 3 günlük matəm elan olunub: "Azərbaycan prezidenti İlham Əliyev bu səhər Fransa xalqı və prezidentinə məktub göndərib, Fransa xalqının acısını paylaşdığını, Fransa xalqını dəstəklədiyini bildirib. Fransa bunu yüksək dəyərləndirir".

A. Buşez qeyd edib ki, Fransa prezidenti hadisə ilə bağlı bu gün iki dəfə çıxış edib: "Fransa prezidenti çıxışında bildirib ki, Fransa xalqının azadlıq və tolerantlıq dəyərlərini hər bir halda müdafiə edəcək, bu, terror və vəhşiliyə qarşı bir müdafiə olacaq. Fransa prezidenti qeyd edib ki, baş verənlər terror ordusu tərəfindən Fransaya, müdafiə etdiyimiz dəyərlərə, azad ölkəyə qarşı müharibə deməkdir. Gələn həftədən etibarən səfirlikdə xatirə kitabı açılacaq".