Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Oqtay Gülalıyev vəzifəsindən azad edilib. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Oqtay Gülalıyev vəzifəsindən azad edilib.

Mirəlioğlu müavinini vəzifədən çıxardı – Tənqidə görə

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Oqtay Gülalıyev vəzifəsindən azad edilib.


Bunu AzNews.az-a partiyanın sədri Mirmahmud Mirəlioğlu deyib. O, bildirib ki, Oqtay Gülalıyev bəzi yalnışlıqlara görə müavinlikdən qovulub: "Kimisə lazım olanda partiyaya təyin edirik, lazım olmayanda isə azad edirik. Oqtay Gülalıyev noyabrın ayının 15-də tutduğu vəzifəsindən azad olunub. Onun hansı səbəblərdən azad olunmasını açıqlamaq istəmirəm. Özünə hansı səbəbdən çıxarılması ilə bağlı bütün səbəblər deyilib. Ali Məclisə də bu haqda məlumat verilib".

Partiya sədri qeyd edib ki, hazırda Oqtay Gülalıyevin yerinə təyinat olmayıb.

Məlumat üçün bildirək ki, Oqtay Gülalıyevin müavinlikdən çıxarılmasına səbəb onun KXCP Ali Məclisinin sonuncu sessiyasındakı çıxışı olub. Sessiya zamanı Oqtay Gülalıyevin tənqidi sərt çıxışı partiya sədrini bu cür sərt addım atmağa vadar edib. Belə ki, O.Gülalıyev öz çıxışında partiyanın hazırkı siyasi kursunu kəskin və sərt formada tənqid edib. Daha sonra çıxış edən KXCP sədri Mirmahmud Mirəlioğlu isə çıxışında O.Gülalıyevin təmsil olunduğu Milli Şuranı tənqid edib. Sədr müavininin Milli Şura kimi qurumda təmsil oluna bilməyəcəyini əsas gətirərək O.Gülalıyevi müavinlikdən qovub. O. Gülalıyev çıxış üçün söz istəsə də ona söz verilməyib.

Sevinc Yasinqızı