Moskvadakı monastırda cinsi xidmət


Moskvada yerləşən monastırlardan birində intim xidmət göstərildiyi aşkarlanıb. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, polis müştərilərə cinsi xidmət göstərən Ukrayna və Tacikistandan olan 2 qızı aşkarlayıb.

Monastır təmsilçiləri isə, baş verənlərə görə məsuliyyəti öz üzərilərindən ataraq bildiriblər ki, binanın bir hissəsi mülki şəxs tərəfindən icarəyə götürülüb və həmin şəxs burada dini məktəb açmaq istəyib. Orada baş verən əxlaqsızlığa görə, həmin icarədarlar məsuliyyət daşıyırlar.

Sadiq Musa
AzNews.az