Bu gün Vilnüsdə Litva Geosiyasət Araşdırmalar Mərkəzinin (GAM) hazırladığı “Dağlıq Qarabağ münaqişəsi: detalları və həlli yolları” adlı kitabın təqdimatı zamanı erməni diasporu təxribata cəhd edib. Bu gün Vilnüsdə Litva Geosiyasət Araşdırmalar Mərkəzinin (GAM) hazırladığı “Dağlıq Qarabağ münaqişəsi: detalları və həlli yolları” adlı kitabın təqdimatı zamanı erməni diasporu təxribata cəhd edib.

Qarabağ münaqişəsi haqqında kitabın təqdimatı zamanı - Erməni təxribatı

Bu gün Vilnüsdə Litva Geosiyasət Araşdırmalar Mərkəzinin (GAM) hazırladığı “Dağlıq Qarabağ münaqişəsi: detalları və həlli yolları” adlı kitabın təqdimatı zamanı erməni diasporu təxribata cəhd edib.


AzNews.az-ın APA-ya istinadən məlumatına görə, Litva Sülh Memorial Kompleksində baş tutan təqdimatda Litva GAM rəhbəri Qreta Tuckiene, Litva parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Yuras Pojela, Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə, yerli ekspertlər, azərbaycanlı gənclər və ictimaiyyət nümayəndələri qatılıblar.

Təqdimat zamanı Q. Tuckiene kitab barədə məlumat verərək bildirib ki, nəşrdə Dağlıq Qarabağ münaqişəsinin köklərinə, beynəlxalq hüququn Ermənistan tərəfindən kobud şəkildə pozulmasına və münaqişənin sülh yolu ilə həlli variantlarına toxunulub.

Səfir H. Məmmədzadə, deputat Y. Pojela və digər çıxışçılar da kitab barədə danışıblar, onun əhəmiyyətini yüksək qiymətləndiriblər.

Qeyd edək ki, kitabın müəllifləri Viktor Denisenko, Kristina Petrauske, Laura Kirvekite, İqor Savin, Yustinas Jiliniskas və Andrey Kazakeviçdir. Kitab ingilis və Litva dillərində işıq üzü görüb.

Onu da bildirək ki, təqdimat zamanı qəflətən zala naməlum şəxs daxil olaraq tədbiri pozmağa çalışıb. Erməni diasporunun fəal rəhbərlərindən biri, Litvanın yerli televiziyalarında kinorejissor kimi çalışan Marat Sarkisyan mikrofonu ələ keçirərək iştirakçıları və təşkilatçıları hədələyərək Litva rəsmilərini son vaxtlar Qarabağ məsələsində Azərbaycana dəstək verməkdə qınayıb, müxtəlif video materiallar nümayiş etdirməyə cəhd edib. M. Sarkisyanı sakitləşdirməyə çalışan GAM rəhbəri Q. Tuckiene isə ona yanlışlığa yol verdiyini izah etməyə çalışıb: "Biz kitabı ərsəyə gətirərkən onu da araşdırdıq ki, hazırda Ermənistanda azərbaycanlılar yaşamasa da, Azərbaycanda xeyli erməni rahat yaşayır".

Mykolo Romeris universitetinin professoru Yustinas Jiliniskas isə bunları deyib: "Bəli, həqiqətən son illər Litva bu münaqişədə Azərbaycanın yanındadır. Çünki biz artıq həqiqəti bilirik".

Bundan sonra M. Sarkisyan tədbirdə iştirak edən azərbaycanlıları təxribata çəkmək istəyib. Lakin onun istəyi baş tutmayıb.

Qeyd edək ki, "APA Holding"in Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə reallaşdırdığı "Sərhəddənkənar azərbaycanlılar..." adlı layihə çərçivəsində Şərqi Avropa ölkələrində görüşlər keçirilir.