“Namiq Əhmədli AXCP-nin üzvü deyil” “Namiq Əhmədli AXCP-nin üzvü deyil”

“Bizim partiyadan heç kim istefa verməyib”

“Namiq Əhmədli AXCP-nin üzvü deyil”



Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Sumqayıt şəhər şöbəsinin fəal üzvlərindən Namiq Əhmədli partiya sıralarından və İP-nın Sumqayıt şəhər regional şöbəsindən istefa verib.

Namiq Əhmədli Teleqraf.com-a açıqlamasında AXCP-nin son qurultayında partiya sədri Əli Kərimlinin Müsavat Partiyası ilə "birləşmə xülyası"nı da bir çox partiya fəalları kimi məqbul saymadığını dilə gətirib. O, partiyasının ənənəvi Elçibəy-Rəsulzadə kursundan "muzdlu sapması" ucbatından AXCP-dəki bundan sonrakı fəaliyyətini mümkünsüz sayıb.

AXCP-nin sədr müavini Həsən Kərimov AzNews.az-a deyib ki, AXCP-nin Namiq Əhmədli adlı üzvü yoxdur: "O bizim partiyanın deyil, Dünyəvi Bozqurd Partiyasının (DBP) üzvü olub. Həmin partiyanın vasitəsilə İctimai Palatadan qeydiyyatdan keçib. Partiyamızın adına yazılan məlumatlar yalandır. Bizim partiyadan heç kim istefa verməyib. Namiq Əhmədli AXCP-nin üzv olmadığına görə, onun istefası ilə bağlı bir şey deyə bilmərəm".

İlkin Pirəli
AzNews.az