“Biz bu kimi bəyanatları şərh etməyə ehtiyac görmürürk” “Biz bu kimi bəyanatları şərh etməyə ehtiyac görmürürk”

MTN-dən “Amnesty İnternational”a cavab

“Biz bu kimi bəyanatları şərh etməyə ehtiyac görmürürk”



"Amnesty İnternational" təşkilatı bu ilin noyabrında Bakıda keçiriləcək 7-ci internet idarəetmə forumu ərəfəsində Azərbaycanla bağlı hazırladığı növbəti bəyanatı yayıb. Bəyanatda təşkilatın Azərbaycan üzrə nümayəndəsi Max Tucker qeyd edib ki, forumun Azərbaycanda keçirilməsinə "dərin istehza ilə yanaşılır".

Bəyanatda həmçinin deyilir ki, Azərbaycanda internetə hökumət tərəfindən tam nəzarət olunur və bu işin icrası hüquq-mühafizə orqanlarına həvalə olunub.

Bu ittihamla bağlı Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayevlə əlaqə saxladıq. MTN sözçüsü A.Babayev isə AzNews.az-a yalnız bu sözləri deməklə kifayətləndi: "Biz bu kimi bəyanatları şərh etməyə ehtiyac görmürürk".

Vasif Həsənli
AzNews.az