Prezidentin cəsədindən götürülən nümunədə zəhər olduğu təsdiqlənib Prezidentin cəsədindən götürülən nümunədə zəhər olduğu təsdiqlənib

Özalı “Strikin Keratin” maddəsi ilə zəhərləyiblər

Prezidentin cəsədindən götürülən nümunədə zəhər olduğu təsdiqlənib



Türkiyənin mərhum prezidenti Turqut Özalın zəhərlənməsi ilə bağlı açılan ekspertizanın cavabı açıqlandı. AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, prezidentin cəsədindən götürülən nümunədə zəhər olduğu müəyyənləşdirilib.

Ədliyyə Tibb Qurumu da cəsəddə zəhərlənmə izlərinin aşkarlandığını təsdiqləyib. Bildirilib ki, Özalın cəsədində "Strikin Keratin" maddəsi aşkarlanıb ki, bu da ən təsirli zəhərləyicilərdən hesab edilir. Bundan əlavə, zəhərli maddənin yemək və ya içməyə qatılaraq prezidentə verildiyi irəli sürülüb.

Qeyd edək ki, Özalın məzarı ötən ay açılmışdı.

Sadiq Musa
AzNews.az