Rusiyanın “LifeNews” telekanalı Azərbaycanla bağlı təxribat xarakterli reportaj yayımlayıb. Rusiyanın “LifeNews” telekanalı Azərbaycanla bağlı təxribat xarakterli reportaj yayımlayıb.

Rusiyalı jurnalist Dağlıq Qarabağa getdi - Təxribat dolu reportaj (Video)

Rusiyanın “LifeNews” telekanalı Azərbaycanla bağlı təxribat xarakterli reportaj yayımlayıb.



AzNews.az telekanalın saytına istinadən xəbər verir ki, TV əməkdaşı Yelizaveta Xramtsova Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisinə səfər edib və qondarma Dağlıq Qarabaq Respublikasının 25 illik "müstəqilliyi" ilə bağlı reportaj hazırlayıb.

Reportajda göstərilir ki, əksər dünya dövlətləri tərəfindən müstəqilliyi tanınmayan qondarma respublika de-yuri olaraq Azərbaycanın bir hissəsi olsa da, de-fakto olaraq öz ordusu və idarəedici hakimiyyəti olan kiçik dövlətdir.

Azərbaycanla Ermənistan sərhədində uzun illərdir davam edən gərgin rejimdən də bəhs edən telekanal müxbiri Dağlıq Qarbağın iki dövlət arasında mübahisəli torpaq olması tarixinə də özünəməxsus şəkildə təxribatçı şərh verib. Telekanal iddia edib ki, Dağlıq Qarabağ ilk dəfə 1918-ci ildə - Azərbaycan öz müstəqilliyini elan edərkən mübahisəli torpağa çevrilib. Guya Azərbaycan həmin vaxt əhalisinin əksəriyyəti erməni olan Dağlıq Qarabağ ərazisini özünə birləşdirib.

Telekanalın iddiasına görə, Azərbaycan SSRİ-nin tərkibinə qatılanda bu münaqişə sakitləşsə də, SSRİ süquta uğradıqdan sonra yenidən alovlanıb. Telekanal həmçinin 1988-ci ildə Azərbaycanda anti-ermənistan çıxışları olduğunu və bu zaman Dağlıq Qarabağda Ermənistana birləşmək məsələsinin müzakirə edildiyini bildirib.

İki dövlət arasında aparılan müharibəyə görə qondarma Dağlıq Qarabağ Respublikası əhalisi üçün yeganə iş yerinin hərb olduğunu deyən telekanal müxbiri ötən ilin yayında burada kompot, mürəbbə və konsevləşdirilmiş tərəvəzlərin istehsal edildiyini və demək olar ki, hazır olan məhsulların İrəvana aparıldığını, burada məhsullara "Ermənistanda istehsal olunub" yarlığının vurulduğunu qeyd edib.



Aydan AXUNDOVA