- Köhnə - Siyasət
- 13 Yanvar 2016 23:53
- 1 668
Almaniya Qarabağ münaqişəsinin həllində iştirak edəcək - XİN

Almaniya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) sədri kimi Dağlıq Qarabağ münaqişəsinin həllində iştirak edəcək.
AzNews.az-ın Trend-ə istinadən verdiyi xəbərə əsasən, bunu Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayerin ATƏT-də sədrliyin Belqraddan Berlinə keçməsi ilə bağlı yaydığı bəyanatda əks olunub.
Nazir qeyd edib ki, Almaniyanın ATƏT-dəki sədrliyi çətin dövrə təsadüf edir. "ATƏT-in dialoq üçün platformaya və qarşılıqlı etimada ehtiyacı var. Bundan əminəm", - deyə almaniyalı nazir vurğulayıb.
Onun sözlərinə görə, ATƏT məkanında uzun müddətli təhlükəsizlik ancaq ölkələrin birgə səyləri ilə təmin oluna bilər.