Rusiya nümayəndə heyəti AŞPA-nın qış sessiyasında iştirak etməyəcək. Rusiya nümayəndə heyəti AŞPA-nın qış sessiyasında iştirak etməyəcək.

Rusiya AŞPA-nın qış sessiyasında iştirak etməyəcək

Rusiya nümayəndə heyəti AŞPA-nın qış sessiyasında iştirak etməyəcək.


Bu barədə RBK-ya Dövlət Duması və Federasiya Şurasındakı mənbədən bildirilib.
Məlumata görə, artıq bununla bağlı yekun qərar qəbul edilib.

Xatırladaq ki, AŞPA-nın qış sessiyasında iştirak etməklə bağlı müzakirələr yanvarın 15-də keçirilib.

Müzakirələrdə müvafiq olaraq parlamentin yuxarı və aşağı palatalarının sədrləri Valentina Matviyenoko və Sergey Narışkin də iştirak ediblər.

"Xarici İşlər Nazirliyi bir neçə variantın nəzərdən keçirildiyi məruzə hazırlamışdı. Lakin Rusiyanın AŞPA-da tapdalanmış hüquqlarının bərpa ediləcəyi ilə bağlı təminat yoxdur. Biz Strasburqa növbəti siyasi hədə-qorxularla üzləşməyə getmək istəmirik", - deyə Dövlət dumasındakı mənbə qeyd edib.

Bununla yanaşı, qeyd edilib ki, AŞPA yanvarın 25-də Rusiyaya öz səlahiyyətlərini qaytarsa, vəziyyət dəyişəcək.

Rusiyanın AŞPA-nın qış sessiyasına gedəcəyi ilə bağlı rəsmi qərarın bu gün Serqey Narışkin tərəfindən açıqlanacağı gözlənilir.

Qeyd edək ki, AŞPA-nın qış sessiyası yanvarın 25-dən 29-dək Strasburqa keçiriləcək.

APA.az