Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov rəsmi Moskvanın Suriya prezidenti Bəşər Əsədi istefaya çağırması barədə KİV-lərdə yayılan məlumatları təkzib edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov rəsmi Moskvanın Suriya prezidenti Bəşər Əsədi istefaya çağırması barədə KİV-lərdə yayılan məlumatları təkzib edib.

Putin Əsədi istefaya çağırıb? – Rəsmi açıqlama

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov rəsmi Moskvanın Suriya prezidenti Bəşər Əsədi istefaya çağırması barədə KİV-lərdə yayılan məlumatları təkzib edib.


AzNews.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə açıqlama verən Peskov Putinin heç kimi istefaya çağırmadığını elan edib.

Xatırladaq ki, bir neçə saat əvvəl "Finanacial Times" qəzeti Vladimir Putinin Bəşər Əsəddən istefasını tələb etməsi ilə bağlı məlumat yayıb. Qəzet qərb kəşfiyyat xidmətlərindəki adı çəkilməyən mənbəyə istinad edərək bildirib ki, RF Silahlı Qüvvələrinin Baş kəşfiyyat idarəsinin rəhbəri İqor Serqun Dəməşqə məhz Rusiya prezidenti Vladimir Putinin Əsədə Suriya prezidenti postundan istefa verməsi barədə xahişini çatdırmaq üçün gedib. Qəzet ehtimal edir ki, Əsəd bu təklifə etiraz edib. Bundan sonra 59 yaşlı İqor Serqun qəfildən – yanvarın 3-də vəfat edib.

Aydan AXUNDOVA