Belçikanın geniş oxucu kütləsinə malik olan “EurActiv” xəbər portalında Azərbaycanla bağlı “As oil prices remain low, Azerbaijan makes openings to investors, tourists” (Neftin qiyməti aşağı düşdükcə, Azərbaycan sərmayəçilər və turistlər üçün yeni imkanlar açır) başlıqlı məqalə dərc olunub. Belçikanın geniş oxucu kütləsinə malik olan “EurActiv” xəbər portalında Azərbaycanla bağlı “As oil prices remain low, Azerbaijan makes openings to investors, tourists” (Neftin qiyməti aşağı düşdükcə, Azərbaycan sərmayəçilər və turistlər üçün yeni imkanlar açır) başlıqlı məqalə dərc olunub.

Belçika mətbuatı Azərbaycandan yazdı - Foto

Belçikanın geniş oxucu kütləsinə malik olan “EurActiv” xəbər portalında Azərbaycanla bağlı “As oil prices remain low, Azerbaijan makes openings to investors, tourists” (Neftin qiyməti aşağı düşdükcə, Azərbaycan sərmayəçilər və turistlər üçün yeni imkanlar açır) başlıqlı məqalə dərc olunub.


AzNews.az xəbər verir ki, məqalədə neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi ilə daha çox neft və qaz sektoruna söykənən iqtisadiyyatını diversifikasiya etməklə, iqtisadiyyatının qapılarını sərmayəçilərin üzünə geniş açmaq və daha çox turist cəlb etmək istiqamətində addımlar atmağa başlamasından söhbət açılır. Həmçinin son günlərdə Prezident İlham Əliyevin etdiyi çıxışlardan sitatlar gətirilərək, hazırki şəraitdə ölkənin əsas məqsədinin növbəti illər ərzində qeyri-neft sektorunun sürətlə inkişaf etdirmək olduğu bildirilir, biznes mühitinin daha da yaxşılaşdırılmasının, iş adamları üçün istər paytaxtda, istərsə də regionlarda daha yaxşı şəraitin yaradılmasının, ölkənin iqtisadi və maliyyə sisteminin daha da şəffaflaşdırılmasının və bürokratik əngəllərin aradan qaldırılmasının zəruriliyinin vurğulandığı qeyd olunur.



Məqalədə Azərbaycanın Formula 1 yarışlarına və İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməyə hazırlaşdığı da qeyd edilib.

Sözügedən məqaləni aşağıdakı linkdən oxuya bilərsiniz:

http://www.euractiv.com/sections/europes-east/oil-prices-remain-low-azerbaijan-makes-openings-investors-tourists-321208