"Olmazmı ki, hamam hərraca qoyulsun?" "Olmazmı ki, hamam hərraca qoyulsun?"
  • Toplum
  • 7 Noyabr 2018 12:44
  •  1 606

Qüdrət Şükürov hamamını 10 milyon manata satışa çıxardı - Milli Məclisdə müzakirə olundu

"Olmazmı ki, hamam hərraca qoyulsun?"

“Mətbuatda oxudum ki, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin işdən çıxarılan direktoru Qüdrət Şükürov sahibi olduğu hamamı 10 milyon manata satışa çıxarıb. Olmazmı ki, hamam hərraca qoyulsun, satışdan əldə olunan vəsait dövlət büdcəsinə yönləndirilsin?”

Bunu Milli Məclisdə büdcə müzakirələri zamanı deputat Fəzail Ağamalı deyib.

O bildirib ki, məmurlar işdən çıxarıldıqdan sonra onların xaricdəki malikanələri, bahalı avtomobilləri ilə bağlı məlumatlar yayılır: “Buna nəzartə etmək olmazmı? Hesablama Palatasından xahiş edirəm ki, bununla bağlı ciddi sərt tədbirlər həyata keçirsin, maliyyə axınlarının qarşısı alınsın”.(report.az)

AzNews.az