Təəssüflər olsun ki, bu biznes Azərbaycanda genişlənib Təəssüflər olsun ki, bu biznes Azərbaycanda genişlənib
  • Toplum
  • 12 Noyabr 2018 15:03
  •  874

Bu “moyka”lar cərimələnəcək: piyadaların yolunu zəbt edir - VİDEO

Təəssüflər olsun ki, bu biznes Azərbaycanda genişlənib

Həm piyadaların yolunu zəbt edir, həm də suyu yola axıdır. İnsanların hərəkətinə mane olan bu cür avto yuma məntəqələri həm də yolun dağılmasına səbəb olur. Çünki kanalizasiya xətti olmadıgından su birbaşa yola axır.

AzNews.az xəbər verir ki, ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Avtoyuma məntəqələrinin küçələrdə yaratdığı mənzərə ürəkaçan deyil. Avtomobillərin yuyulduğu suyun kanalizasiyaya deyil, küçəyə axıdılması, avtomobillərin hərəkətinə maneə törətməklə yanaşı, antisanitariya vəziyyəti yaradır.

Ekspert Azər Allahverənov: “Parla maşın yuyulur və bu par hər yerə səpələnir. Ordan keçən insanlar var, həmin parla nəfəs alır. Maşın yuyarkən xüsusi məhlullardan istifadə olunur. Və par vuvarkən hava ilə zərərli maddələrin müəyyən bir qismi insanların tənəffüs sisteminə daxil olur”.

Şəhər sakini: “Taksi sürücüsü dayanıb burda. Zorla keçdim. Sürücü məni təhqir etdi. Dedim axı bu mənim yolumdur. Bunlar azad olmalıdır. Mən getməliyəm”.

Ekspert Azər Allahverənov: “Qapalı ərazi olmaldır. Nə səkini, nə də hər hansı bir digər hissəni zəbt etməlidir. Su drenaj sistemləri vasitəsilə birbaşa kanalizasiyaya axıdılmalıdır”.

AİB-in sədri Eyyub Hüseynov: “Avtomobil məntəqələrinə gedən sular hamısı içməli sudur. İçməli su dünyada çox defisit bir şeydir. Lakin bununla avtomobil yuduzdurmaq çox böyük nadanlıqdır. Və təəssüflər olsun ki, bu biznes Azərbaycanda genişlənib. Ona görə, mən AİB-in sədri olaraq daim yollar axtarıram ki, bu avtomobil yuma məntəqələrinin sayı azalsın”.

Ekspertlər hesab edir ki, suya qatılan təhlükəli maddəni küçəyə axıdanlar cəzasız qalmamalıdır.

Elə qanun da bunu deyir.

İnzibati Xətalar Məcəlləsinin 233-cü maddəsində qeyd olunur ki, ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər 2500 manatdan 4 min manatadək məbləğdə, hüquqi şəxslər 10500 manatdan 12500 manatadək məbləğdə cərimə edilir.

AzNews.az