Noyabrın 16-da Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Ağcabədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ağcabədi rayonunda seminar keçirilib. Noyabrın 16-da Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Ağcabədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ağcabədi rayonunda seminar keçirilib.
  • Toplum
  • 16 Noyabr 2018 17:28
  •  1 448

Ağcabədidə “Mənəvi dəyərlərin təbliğində fərdi və ictimai amillər” mövzusunda seminar keçirilib

Noyabrın 16-da Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Ağcabədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ağcabədi rayonunda seminar keçirilib.

AzNews.az-ın məlumatına görə, seminarın mövzusu “Mənəvi dəyərlərin təbliğində fərdi və ictimai amillər” olub.

Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktor müavini Ceyhun Əliyev, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, ilahiyyatçı-ekspert Şəhriyar İsmiyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva, ziyalılar, müəllimlər, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Regional seminarı giriş sözü ilə açan Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev qonaqları salamlayaraq Ağcabədidə mənəvi dəyərlərin təbliği ilə bağlı keçirilən tədbirlərin gənclərə müsbət təsir göstərdiyini qeyd edib. Regional seminarda çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktor müavini Ceyhun Əliyev Fond tərəfindən keçirilən tədbirlər haqqında geniş məlumat verib. İcraçı direktor müavini fərdi və ictimai müstəvidə mənəvi dəyərlərin təbliğ edilməsinin vacibliyi haqqında danışıb. C.Əliyev milli və mənəvi dəyərlərimizin bir-biri ilə sıx bağlı olduğunu vurğulayıb.

Daha sonra çıxış edən ilahiyyatçı-ekspert Şəhriyar İsmiyev mənəvi dəyərlərin mahiyyəti və dini düşüncədə yeri haqqında məruzə ilə çıxış edib.

Regional seminarda Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva gənclərin tərbiyəsində mənəvi dəyərlərin yeri haqqında fikirlərini bölüşüb. M.Ağayeva müasir dövrdə mənəvi dəyərlərin təbliğinə böyük ehtiyac olduğunu vurğulayıb.

Vətənpərvərliyin və dövlətçiliyin əsas mənəvi dəyərlərimizdən olduğunu bildirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov gənclərə bununla bağlı tövsiyələrini çatdırıb.

Regional seminarda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının tələbəsi, Tələbə Elmi Cəmiyyətinin sədri Anar Əliyev, Ağcabədi Pedaqoji Texnikumunun tələbəsi Röyalə Hümbətova mövzuya aid məruzələrlə çıxış ediblər.

Tədbirin yekununda geniş müzakirələr aparılıb.

AzNews.az