“Ən böyük hədiyyəsini, ən böyük dərdlə verdi” “Ən böyük hədiyyəsini, ən böyük dərdlə verdi”
  • Toplum
  • 19 Noyabr 2018 15:02
  •  1 880

Ölən jurnalistin həyat yoldaşı: Görəsən, möhkəm çağırsam, gələr? - VİDEO

“Ən böyük hədiyyəsini, ən böyük dərdlə verdi”

ARB TV-nin “Bu qədər” proqramının növbəti buraxılışı 41 yaşında dünyasını dəyişən jurnalist Natiq Qədimovun xatirəsinə həsr edilib.

Proqramda atası, həyat yoldaşı və dostları mərhum jurnalistlə bağlı xatirələrini bölüşüblər.

Aydın Qədimov – Atası: “Uşaqlıqdan şən, gümrah olub. Çox mehriban idi. Hamının hörmətini saxlayırdı. Hər yerdə xətrini çox istəyirdilər. Özünü sevdirən uşaq idi. Baxırdıq ki, öz-özünə mahnı oxuyurdu. Deyirdim ki, oxumaq həvəsin var sənin? Deyirdi ki, elə oxuyuram da. Qəzetdə məqaləsi çıxanda aparıb işdə göstərirdim. Deyirdilər ki, hə, tanıyırıq. Məni biraz ona görə tanıyırdılar. Birinci həyat yoldaşı ilə bir məktəbdə oxuyurdular. Bi müddət sonra qız oğlunu da götürüb ayrıldı ki, yaşaya bilmirəm, gedirəm. Oğul həsrətində idi. Dərd götürmüşdü ki, niyə ailəm dağıldı. 2-ci dəfə evlənəndə sevinirdi ki, ata, mən həyatda indi başlamışam yaşamağa. 2-ci həyatını güclü yaşamaq istəyirdi. Qismət olmadı. Bu yaşa kimi deməyib ki, haramsa ağrıyır. Bir dəfə bacısına demişdi ki, sağ qolum sızıldayır. Deyib gülərdi, baxan deməzdi ki, xəstə adamdır. Dedi ki, gedib hədiyyə alacam yoldaşıma, sürpriz edəcəm, axşam gələrsiz bizə. Gülə-gülə, danışa-danışa qabağımızda keçindi. Qohumların, hamının yanında. Mən Natiqi unuda bilərəmmi? Heç vaxt. Mən Natiqin dərdindən dəli olacam. Uşağı olandan sonra dedik ki, Natiq burdadır, getməyib. Allah böyük Natiqi aldı, uşaq Natiqi verdi. Uşaq indi əməliyyata gedir, bilmirik necə olacaq”.

Nurlana Qədimova – Həyat yoldaşı: “Ad günündə tanış olmuşduq. Hamı əmi deyirdi ona. Gözləyirdim ki, yaşlı adam gələcək. 3-4 il sonra yenidən rast gəldik. Dedi ki, sən çox dəyişmisən. Fikirlərimiz tuturdu. Adi bir süfrə açanda belə çox yaxşı qiymətləndirirdi. Elə bilirdim mahir bir aşbazam. 7 ayda bizim 70 ilə sığmayan xatirələrimiz var. Natiq insanları, həyatı sevirdi. Yıxılmağı, yerə düşməyi, o çırpınış heç vaxt yadımdan çıxmaz. Danışa bilmirəm. Görən möhkəm çağırsam gələr? Ana olanda xəstəxanada tək qalmaq çətindir. Kimə zəng edib gözün aydın deyim? Natiq ən böyük hədiyyəsini, ən böyük dərdə büküb verdi”.

AzNews.az